Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Xəzər rayonunda məqsədyönlü işlər aparılır. Bu proqramın icrasına Mərdəkan bələdiyyəsi də öz töhvəsini verməkdədir. Bu barədə Belediyye.info saytına açıqlamasında Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov bildirib ki, ekoloji tarazlığın qorunub saxlanılması, ətraf mühitin yaxşılaşdırılması üçün iş Planına uyğun olaraq bələdiyyə tərəfindən bir sıra tədbirlər davamlı olaraq həyata keçirilir.
“Ümumrespublika Yaşıl Marafon” layihəsi ötən ilin noyabr ayında iDEA ictimai Birliyinin təsiscisi və rəhbəri Leyla əliyevanın təşəbbüsü ilə başladılmış ilk gündən etibarən ictimaiyyət tərəfindən maraqla qarşılanmış və hamı onun gedişatında fəallıq nümayiş etdirmişdi.
Mərdəkan bələdiyyəsi də bu təşəbbüsə qoşularaq qəsəbə ərazisində bir sıra yaşıllaşdırma işlərini həyata keçirməkdədir.
Sədrin sözlərinə görə, qəsəbədə nə qədər çox yaşıllıq zolaqları salınarsa, bu ətrafın da təmiz saxlanılması üçün çox gözəl imkanlar yaradar. Bələdiyyənin təşəbbüsü ilə payız fəsli ilə əlaqədar qəsəbənin daha da yaşıllaşdırlıması məqsədinə xidmət edən ağacəkmə kampaniyasına başlanılıb.
Qəsəbə ərazisində “Dalğa Arena”idman Mərkəzinin qarşısından bağlar massivinə gedən yol istiqamətində də yaşıllaşdırma işlərinə start verilərək, “Xan çinar”, şam ağacların əkilməsi həyata keçirilir.
Sədrin fikrincə, bələdiyyənin ekoloji proqramına uyğun olaraq, ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın və insanların qorunması istiqamətində görülən işlər bundan sonra da davamlı xarakter daşıyacaqdır: “Çalışırıq ki, qəsəbəmiz abad və yaşıl olsun, çünki yaşıllığın özü insanin ruhunu oxşayır, sağlamlığına müsbət təsir göstərir. Aparılan bütün işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir.”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|